Naxçıvanda müdhiş hadisə - 26 yaşlı gənc niyə intihar etdi?

Həyat yoldaşı ilə dalaşıb, özünü asdı


Dünən gecə Şərur rayonu Yeycə kəndində intihar hadisəsi baş verib. AzNews.az-a daxil olan məlumata görə Zaxarov Şirvan Vidadi oğlu özünü yaşadığı evin həyətindəki tut ağacından asıb. Hadisənin səbəbləri araşdırılır.

İlkin ehtimallara görə 1987-ci il təvəllüdlü Z. Şirvanın intiharına səbəb həyat yoldaşı ilə dalaşması olub. Hadisə baş verən gün onun həyat yoldaşı aralarında olan mübahisə səbəbindən övladlarını da götürərək ər evini tərk edib. Səhəri isə 26 yaşlı gənci tut ağacından asılı vəziyyətdə tapıblar.
Qeyd edək ki, Ş. Zaxarovun valideynləri Türkiyədə yaşadığından o, Şərurda həyat yoldaşı və uşaqları ilə birgə yaşayırmış. Buna görə də hadisə baş verən gün evdə heç kəs olmayıb.

Azər
AzNews.az