Urmiyəda 36 nəfər azərbaycanlı saxlanıldı

Urmiyədə şəhid Kəlantəri körpüsü ətrafında 36 nəfər azərbaycanlı fəal təhükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

İyunun 27-də saxlanılan fəallar Səhənd dağına getməyi planlaşdırırmışlar.

"Oyannews"un yaydığı xəbərə görə, hələlik saxlanılan şəxslərin kimliyi ilə bağlı heç bir məlumat yoxdur.

İddialara görə, polis nəzarətinə götürülən azərbaycanlılar döyülüblər.

Elvin Can Turan
AzNews.az