“Azadlığ“ın bank hesabından həbs götürüldü

"Azadlıq" qəzetinin bank hesabı üzərindən həbs götürülüb. Məlumatı "Media forum" saytına qəzetin redaktoru Rövşən Hacıbəyli verib.

"Azadlıq"ın bank hesabına həbs Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun məhkəmə iddiası əsasında qəzetə kəsilmiş cərimənin tutulması üçün qoyulub. Yasamal Rayon Məhkəməsi qəzeti 2012-ci ilin aprel ayının 8-də "Azadlıq"da dərc olunmuş "Tağı Əhmədov 5 qəpikləri mənimsədi" yazısına görə 30 min manat cərimələyib.

Rövşən Hacıbəyli iyunun 27-də "Media forum" saytına bildirib ki, Nəsimi Rayon Məhkəməsinin ötən həftə qəbul etdiyi qərarla qəzetin bank hesabı üzərindən həbs götürüldü: "Qarşı tərəflə razılaşmaya görə, ayda 400 manat uşaq evinə ödəniləcək. Amma hansı uşaq evinə ödəniş ediləcəyi bilinmir. Məbləğin ödəniləcəyi uşaq evini qarşı tərəfin vəkili müəyyənləşdirəcək".

AzNews.az