FHN Şirvandakı yanğınla bağlı məlumat yaydı - Yeniləndi

FHN Şirvan Milli Parkında yanğının söndürülməsi ilə bağlı məlumat yayıb. AzNews.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Salyan rayonu, Dövlət Qoruğunun ərazisində 400 ha sahədə quru ot və kol-kos yanıb. Qoruğun qalan hissəsi, ərazidən keçən yüksək gərginlikli elektrik xətləri və qonaq evləri yanğından mühafizə olunub. Yanğın dünən saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***
21:15
Fövqəladə Hallar Nazirliyi Şirvan Milli Parkında bu gün baş vermiş yanğınla bağlı məlumat yayıb.

AzNews.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, Salyan rayonu, Şirvan Milli Parkında yanğın hadisəsi baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası ilə birgə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helekopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğın saat 18.00-da məhdudlaşdırılıb, hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzNews.az