“Allah bəlanı versin, Ərdoğan“

Türkiyənin özəl telekanallarından birində yayımlanan "Huzur Sokağı" serialının ssenari müəllifi Alev Toprakoğlu işdən qovulub.

Buna səbəb xanım ssenaristin sosial şəbəkədə baş nazir Rəcəb Tayyib Ərdoğanı təhqir etməsidir. Məlumata görə, Alev Toprakoğlu şəxsi "Facebook" səhifəsində "Allah bəlanı versin RTE (Rəcəb Tayyib Ərdoğan), hələ də yalan danışırsan" – yazıbmış.

Serialın çəkilişi ilə məşğul olan prodüserin çalışdığı şirkət bu gün açıqlama yayaraq ssenari müəllifi Alev Toprakoğlu ilə bütün əlaqələrini dayandırdıqlarını bildirib.

"Alev Toprakoğlunun "Facebook"da paylaşdığı sadəcə təhqirdən ibarət yazı barədə müsbət söz demək mümkün deyil. Söyüş və təhqir düşüncə deyil, özünü itirməkdir. Bu vəziyyətə düşmüş bir insanın bizimlə birlikdə "Huzur Sokağı" serialında olması mümkün deyil. Həyatını yazıyla qazanan bir insanın təhqirlə deyil, varsa, fikirlərini yazmasını istərdik..." – deyə şirkətin açıqlamasında bildirilib. (anspress)

AzNews.az