Azərbaycandan qaçan iş adamı beynəlxalq axtarışa verildi

Azərbaycan hüquq-mühafizə orqanları özbək iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumata görə, milliyyətcə özbək olan Rusiya vətəndaşı, 66 yaşlı Nəbi Şadiyev dələduzluqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

APA-nın əldə etdiyi məlumata görə, N. Şadıyev "Şəki-İpək" ASC-nin şəriklərindən biri olub. Azərbaycanda işlədiyi dövrdə banklara külli miqdarda borcu olan N. Şadiyev səhmlərini də götürərək ölkədən qaçıb.

AzNews.az