Yadigar Sadıqova 2 ay həbs verildi

Lənkəran rayon məhkəməsi Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Lent.az-ın məlumatına görə, hökm bir neçə dəqiqə əvvəl oxunub.

Xatırladaq ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. Kərimov bildirir ki, iyunun 25-də Sadıqlı onu döyüb. Kərimovun müraciəti KİV-də yayılıb və onun əsasında Lənkəran rayon Polis İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.

AzNews.az