Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alındı

Azərbaycanın bir neçə rayonunda yanğın baş verib. AzNews.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Nəsimi kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu və digər vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Ot bağlamasının və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Tərtər rayonu, Seydinli kəndində vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan birmərtəbəli 5 otaqlı evin eyvanının lambirdən ibarət tavanı 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Füzuli rayonu, Haramı düzündə 40 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Daşkəsən şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az