17 yaşlı qız itkin düşdü - Bakıda

Bakıda 17 yaşlı qız itkin düşüb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1996-cı il təvəllüdlü Kəmalə Xudayar qızı Hüseynova iyunun 28-də yaşadığı Xıdır Mustafayev keçəsi, ev 44 ünvanından saat 16.00 radələrində çıxıb, bir daha geri qayıtmayıb.

Hazırda K. Hüseynovanın tapılması istiqamətində iş aparılır.

AzNews.az