Təcili yardım avtomobilinin sürücüsü döyüldü - Bakıda

Bakıda təcili yardım avtomobilinin sürücüsü döyülüb.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Bakı Şəhər Təcili Təxirəsalınmaz yardım stansiyasının Sabunçu şöbəsinin təcili yardım avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlü Ənvər Seyid oğlu Əliyev çağırış üzrə getdiyi Havər Vəliyev küçəsində kirayə yaşayan 1980-ci il təvəllüdlü Amid adlı şəxs tərəfindən döyülüb.

Polisdən həmçinin bildiriblər ki, sürücünün döyülməsinə səbəb çağırış yerinə gec gəlməsi olub.

Ə. Əliyev xəsarətlə 3 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilib.

AzNews.az