- Köhnə - Hadisə
- 19 Avqust 2013 12:15
- 2 480
4 yaşlı uşaq beşinci mərtəbədən yıxıldı - Faciə
Məlumata görə, şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan Hidayətovlar ailəsinin 4 yaşlı üzvü eyvanın pəncərəsinə vurulan tora söykənərək küçəyə baxmaq istəyib. Torun qırılması nəticəsində 2009-cu il təvəllüdlü Hidayətov Kənan Samir oğlu beşinci mərtəbədən yıxılaraq ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
apa.az