Azərbaycanda şadlıq evi yanır

Azərbaycanda şadlıq evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Göygöl rayonunun Quşqara kəndində yerləşən "Qismət" şadlıq sarayında bir neçə dəqiqə əvvəl yanğın başlayıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində iş aparır.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

AzNews.az