Telman İsmayılovun oğlundan Monika Belluçi açıqlaması

Məşhur aktrisa Monika Belluçinin boşanmasından sonra onun azərbaycanlı iş adamı Telman İsmayılovla əlaqəsi barədə yayılan xəbərlərə iş adamının ailəsindən münasibət bildirilib.

Rusiyanın ən varlı iş adamlarından biri olan T.İsmayılovun kiçik oğlu Sərxan İsmayılov bu barədə açqılama verib: "Biz belə şayiələrə əhəmiyyət vermirik. Atam da çox bu xəbərləri sakit qarşıladı. Güldük vəssalam".

Qeyd edək ki, T.İsmayılov şəxsi həyatı barədə danışmağı xoşlamır. Onun rəsmi saytında həyat yoldaşı barədə ancaq bu cümlə var: Telman İsmayılov xanımını hər səhər qızıl və brilliatlarla bəzədiilən yeni bəzək əşyası ilə sevindirir".

Elnarə
AzNews.az