İsmayıllıda dəhşətli qəza: 2 ölü

İsmayıllıda baş verən yol qəzasında iki nəfər ölüb.

AzNews.az Fövqəladə Hallar Nazirlyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində "Tavriya" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobilinin toqquşması nəticəsidə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində deformasiyaya uğramış minik avtomobilinin sürücüsü 1996-cı il təvəllüdlü Səfərov Müzəffər Eyvaz oğlu və sərnişin 1976-cı il təvəllüdlü Musayev Mövlud Muxtar oğlunun sıxılmış meyitləri yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alət və avadanlıqlardan istifadə olunmaqla çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

AzNews.az