Tikinti materialları mağazası yandı

Bakıda mağazada yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tikinti materialları satışı mağazasında sarılmış süngər materialları 15 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğn yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az