Azərbaycanda qayınata gəlinini zorladı

Göyçayda qayınata övladının sonzuluğunun gizlədilməsi üçün gəlinini zorlayıb. Türkürpədici hadisə Göyçayın Qarağıdır kəndində İbrahimovlar ailəsində baş verib.

Belə ki, həmin kənddə yaşayan 27 yaşlı G.İ 5 il bundan əvvəl həmin kənddə yaşayan Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Lakin bu illər ərzində oğlanın sonsuzluq problemi olduğundan oğlanın atası Rauf İbrahimov gəlini min bir yolla aldadıb. Qayınata qızın gözünü qorxudaraq, daha doğrusu, ölümlə hədələyərək sonsuzluq sirrinin açmamasını və oğlunun el içində biabır olmamasını bildirərək, onu bir neçə dəfə zorlayıb. Qızın istəyi olmadan baş verən bu iyrənc proses onu dəfələrə özünə qəsd etməyə məcbur edib.

Nəticədə isə bundan xəbər tutan ər ailəsi hər vəcllə onun qarşısını alıb. Qızın sözlərinə görə, qayınatası tərəfindən zorlanan gəlin ilk gündən bunu qorxusundan valideynlərindən gizlətsə də, qaynanası Gülxar İbrahimovdan gizlətməyib. Olayı olduğu kimi ona bildirib. Lakin bundan xəbəri olan qayınana da qayınatanın hərəkətini ört-basdır edərək, oğlunun el içində sonzuz kimi biabır olmasını istəməyib.

Gülxanımın sözlərinə görə, həttə qayınata və qayınana bu işi birlikdə görərək, ev-eşiyin əldən çıxmamasını və kənddə biabır olmamaq üçün gəlini dəfələrlə yola gətirməyə çalışıblar. Lakin buna dözə bilməyən gəlin, bir neçə dəfə özünə qəsd etmək istəyib. Gəlin hətta evdən qaçmağa da cəhd göstərib.

Bu sirrin üstünü açacağını deyən gəlindən qorxan qayınata onu psixologiyasında ciddi problemləri olan xəstə adı ilə avqustun 29-da ata evinə təhvil verib.

"Son vaxtlar övlad olmamasına görə, qızının səhhətində problemlər yaranıb. Onu başa düşürəm. Qoy bir az sizdə qalsın özünü ələ alsın, sonra evə qaytaracam", - deyə qayınata bildirib.

Hələ də baş verənləri anlamayan qızın atası və ailəsi elə həmin günün gecəsində qızın öz dilindən olanları öyrənə biliblər. Hətta qızın atası Süleyman Mahmudovun verdiyi məlumata görə, ayın 16-da qızın özünü öldürmək üçün cəhd etdiyi binada onu xilas edib. Onun sözlərinə görə, qızı qayınataya bu sözləri deyirmiş. "Əclaf sən utanmırsan, həyatımı bitirdin. Gör öz qızın yaşdayam, mənim başıma hansı oyunları gətirdin. Bunu unutmayacam. Bu ləkə ilə sizin ailədə yaşaya bilmərəm. Utanın".

Qızlarının zorlanmasından agah olan ailə dərhal rayon polis şöbəsinə şikayət ediblər. Hazırda iş istintaqda olsa da, yubanmalar və süründürməçilikdən ailə şikayətçidir.

Hadisə ilə əlaqədar, bütün kənd ayağa qalxaraq, Rauf İbrahimovun uzun illərdir məktəb direktorunun müavini işlədiyi Qarağıdır kəndindən uzaqlaşmasını istəyir. Bununla bağlı kənddə bir neçə dəfə aksiya da olub. Polis şöbəsindən isə ailəyə hələ qızın keçdiyi tibbi ekspertizyanın rəyi olmadan istintaqa başlamayacaqlarını və qarşı tərəfin də tutarlı faktlarla sizi günahlandırdığını bildiriblər.

Qeyd edək ki, qız tibbi ekspertizdan keçib və ayın 10-na kimi cavabı gəlməli idi. Lakin cavab yubanır və İbrahimovlar ailəsi isə qızı əxlaqsızlıqda günahlandıraraq başına gələnlərdə qaynatanın günahı olmadığını bildiriblər. Qaynata məktəb direktor muavini, qaynana isə müəllimədir.(anspress)

AzNews.az