İki naməlum meyit tapıldı - Bakıda

Bakıda iki naməlum meyit tapılıb. Onlardan biri kişiyə, digəri qadına məxsusdur.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 18-də Suraxanı rayonu Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsində 50-55 yaşlı kişi meyiti tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Digər meyit isə Suraxanı rayonu Hövsan qəsəbəsi Çöllük küçəsinin yaxınlığındakı su kanalında tapılıb. Meyit 25-30 yaşlı qadına məxsusdur. Onun üzərində də zorakılıq əlamətləri aşkar edilməyib.
Hər iki meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi və ölümün səbəblərinin aydınlaşdırılması ilə bağlı araşdırma aparılır.

AzNews.az