Evdən çıxarkən çətirlərinizi götürməyi unutmayın

Azərbaycanda həftənin ilk iş günü hava küləkli və yağışlı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, günün ikinci yarısında arabir 16 m/s-yə çatacaq.

Havanın temperaturunun gecə 14-17°, gündüz 19-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək.

AzNews.az