Bakıda polislər ağır qəzaya düşdü- Yenilənib

Dünən Bakıda baş vermiş yol qəzasında xəsarət alan polis əməkdaşlarından birinin adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Çevik Polis Alayının polis nəfəri Orxan Bayramov baldır sümüyünün sınıqları xəsarəti ilə Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib. Digər yaralıya isə hadisə yerindəcə tibbi yardım göstərilib.

Hadisə vaxtı polisləri vurmuş "BMW"-ni paytaxt sakini Hüseynov Cavid Saleh oğlu idarə edib.



***
10:48
Oktyabrın 7-də saat 21 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Nobel prospekti 69C ünvanının qarşısında, Çevik Polis Alayının binasının yaxınlığında "BMW" markalı minik avtomobili polis əməkdaşlarını vurub.

Nəticədə 2 polis əməkdaşı ağır xəsarət alıb. Hər iki şəxs xəstəxanaya aparılıb.

Hadisədə yaralanan polislərin adını dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Qeyd edək ki, qəza polislərin ÇPA-nın həyətindən qrup şəklində çıxdığı vaxt baş verib.

AzNews.az