Yağmursuz hava şəraiti davam edəcək

Oktyabrın 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 7-11, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə oktyabrın 10-da hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20 dərəcə isti müşahidə olunacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 6-11 dərəcə isti olacaq.

AzNews.az