6 yaşlı qızın ölümünə səbəb olan həkim cəzalandırıldı


Bu mövsümdə ilan sancma diaqnozu ilə 86, qara qurd sancması ilə 34, əqrəb sancması ilə 31 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Bu barədə məlumatı AzNews.az-a mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib. A.Maqsudov bildirib ki, ilan sancmasından mövsüm ərzində iki nəfər ölüb ki, onlardan da biri 6 yaşlı uşaqdır.

Salyan rayon Şəkərli kənd sakini, 2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarovanın ölümünə səbəb Bakıya, Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə gətirilənə qədər Salyanda, xəstəxanada ona zərdab vurulmaması olub. Onun sözlərinə görə, azyaşlı qızı gündüz ilan vurub və 6 saatdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, vəziyyəti ağır olan qızı xilas etmək mümkün olmayıb: "Həkim bildirib ki, rayonda zərdab olmayıb. Səhiyyə Nazirliyində kifayət qədər zərdab var, zərdab çatışmazlığı kimi bir problem olmayıb. Sadəcə vaxtında bu məsələ ilə bağlı nazirliyə müraciət edilərək zərdab alınmalı idi. Bizdə olan məlumata görə, zərdab olmaması səbəbindən xəstəyə zərdab vurulmadığının bildirən həkimlə bağlı araşdırma aparılıb və ona töhmət verilib".

Elnarə
AzNews.az