Biznesmen qadını öldürüb külli miqdarda pulunu apardılar

Oktyabrın 24-də saat 19:40 radələrində Bakı şəhərinin Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib. Lent. az-ın məlumatına görə, S. Rəhimov küçəsi ev 169, mənzil 1-də qeydiyyatla yaşayan 1965-ci il təvəllüdlü Sadıqova Nigar Məhərrəm qızının yaşadığı ünvanda meyiti tapılıb. Meyitin üzərinə baxış keçirilərkən onun naməlum şəxs və ya şəxslər tərəfindən başına küt (kərki) alət ilə vurularaq öldürüldüyü məlum olub.

Mənzildən 26000 manat və 5100 ABŞ dolları pul götürülüb.

N. Sadıqovanın biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


AzNews.az