Daş karxanasında bədbəxt hadisə

Sabirabad sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, oktyabrın 25-də Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisindəki daş karxanasında orada gözətçi işləmiş Sabirabad rayon sakini Sahib Həsənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

AzNews.az