Şadlıq sarayında faciə

Bakıda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.

Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qafqaz küçəsi 45 ünvanında yerləşən "Xan çinarı" şadlıq evində keçirilən toy mərasimi zamanı Türkiyə və ABŞ vətəndaşlığı olan , 1961-ci il təvəllüdlü Portakal Önder Enver oğlu özünü pis hiss edib və qəfil yıxılıb.

Əfəndiyev adına xəstəxananın qəbul şöbəsinə çatdırılan 52 yaşlı Ö.Portakalın öldüyü məlum olub. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Ö.Portakal Bakı şəhərinin Binə qəsəbəsində müvəqqəti qeydiyyat əsasında yaşayırmış.

AzNews.az