Bakıda qızını zorlayan ata evdən qaçdı

Bakı şəhərinin Suraxanı rayonu ərazisində tükürpədici hadisə baş verib.

Suraxanı qəsəbəsində yaşayan 53 yaşlı kişi dəfələrlə 21 yaşlı qızı ilə cinsi əlaqədə olub. Gənc qız atasının ona etdikləri və cinsi əlaqədə olması barədə anasına bildirsə də, anası buna inanmayıb. Buna görə də, o riskli addım atmağa məcbur olub və atasının onunla necə cinsi əlaqədə olmasını lentə almağa qərar verib.

Bundan sonra 21 yaşlı qız video-kadrları anasına və bacısına göstərib. İfşa olunan kişi evdən gedib və geri qayıtmayıb.

Gənc qız video-kadrların olduğu diski hüquq mühafizə orqanlarına təqdim edib. Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.(lent.az)