İranın cənubunda zəlzələ

İranın cənubunda Xormozqan əyalətində bazar günü Rixter cədvəli üzrə 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İRNA agentliyinə istinadən məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 20:19-da baş verib.
Dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat yoxdur.

AzNews.az