- Köhnə - Hadisə
- 8 Noyabr 2013 11:01
- 4 809
Bakıda 73 metro stansiyası açılacaq
"APA-Economics"in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
T.Əhmədovun sözlərinə görə, gələn il bu xətdə "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının istismara verilməsi planlaşdırılır və onların davamı olaraq Papanin küçəsində daha bir stansiyanın (şərti olaraq "B3" adlı) inşasına başlanılıb.
"B3"ün davamı olaraq Heydər Əliyev adına İdman-Sərgi Kompleksinin yanında ("B4"), daha sonra Heydər Əliyev Sarayının arxasında, habelə "Həzi Aslanov-2" və onun davamı olaraq Köhnə Günəşli və Yeni Günəşli qəsəbələri istiqamətində işlər gedir", - deyə müəssisə rəhbəri qeyd edib.
"Gələn il iki stansiyanı istismara verəcəyik. Hazırda tunel qazan maşınlardan istifadə olunur və onların məhsuldarlığı çox yüksəkdir. Ümumiyyətlə, 2030-cu ilədək Bakı Metropolitenində 73 stansiya və 119 km tunelin istifadəyə verilməsi nəzərdə tutulub", - deyə T.Əhmədov bildirib.
AzNews.az