Sabah yağış yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, noyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 8-12, gündüz 17-21 dərəcə isti olacağı proqnozlaşdırılır.

Noyabrın 13-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı ehtimalı var.

AzNews.az