ATV-nin operatoru döyüldü

Noyabrın 12-də saat 16.00 radələrində Şirvan şəhəri M.Mirzəyev küçəsində şəhər sakini Zaur Zərbəliyev idarə etdiyi "KİA" markalı avtomobillə dayanacaqda dayanmış Salyan rayon sakini Fəridə Dadaşovanı vurub.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, xəsarət almış Fəridə Dadaşova xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib və Dadaşova orada ölüb.

Bununla əlaqədar hadisə yerinə gəlmiş "Azad Azərbaycan" (ATV) televiziyasının operatoru Əli İbrahimov çəkiliş apararkən Zaur Zərbəliyev buna maneəçilik törədib, videokameranı sındırıb və onu döyüb.

Faktla əlaqədar Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az