Maşın 200 metrlikdən dərəyə yuvarlandı

Hacıqabulda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Uclu dağında qeydə alınıb. Uclu kənd sakini, 1979-cu il təvəllüdlü İbrahimov Vüsal Qəmbər oğlunun idarə etdiyi "VAZ-2106" markalı, 24 BA 248 dövlət nömrə nişanlı avtomobil təxminən 200 metr hündürlükdən dərəyə yuvarlanıb.

Nəticədə maşında olan sərnişinlər, Uclu kənd sakinləri - 1990-cı il təvəllüdlü Gülmalıyev İsmayıl Bəxtiyar oğlu və 1971-ci il təvəllüdlü Məlikov Oqtay Gülağa oğlu hadisə yerindəcə keçiniblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az