Qatar kişinin başını bədənindən ayırdı- İntihar (Yenilənib)


Bakıda intihar edən şəxsin kimliyi açıqlanıb.

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, intihar edən şəxs Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakini, 1967-ci il təvəllüdlü Oqtay Bəhlul oğlu Muradovdur.

***
10:35
Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Biləcəri dəmir yolu stansiyasının yaxınlığında qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan kişi başını qatar relsinin üzərinə qoyub. Nəticədə qatar onun başını kəsib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az