Məşhur müğənninin evi rəfiqəsi tərəfindən qarət olundu - Eksklüziv

ANS TV-nin "Toylar kralı" verilişinin qalibi Samirə Şirvanlı qarət olundu. Məlumatlı mənbədən AzNews.az-a verilən xəbərə görə, onun Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən mənzilindən 1700 manat nəqd pul və 1200 manat dəyərində qızıl əşyaları oğurlanıb.
Hadisədən xəbər tutan xanım müğənni dərhal DİN-in 102 xidmətinə məlumat verib.Nəsimi rayonunu polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları operativliklə mənzilə baxış keçiriblər. Onlar isti izlərlə Samirə xanımın yaxın rəfiqəsi əslən Masallı rayonundan olan Aysel adlı xanımı polis bölməsinə dindirməyə aparıblar.
Qeyd edək ki, hazırda Aysel xanım 19-cu polis bölməsinin əməliyyatçıları tərəfindən dindirilir.

S.Xasmamedov
AzNews.az