- Köhnə - Hadisə
- 19 Noyabr 2013 14:09
- 3 063
2 maşın toqquşdu – 1 ölü
AzNews.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2 avtomobilin toqquşması nəticəsində baş verən hadisə noyabrın 19-da saat 01.20 radələrində qeydə alınıb. Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Kürdəmir rayon sakini Samir Baxşıyevin idarə etdiyi "Mercedes" markalı və Bakı şəhər sakini Cəmil Həsənovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Hər 2 sürücü xəstəxanaya yerləşdirilsə də, C.Həsənov orada ölüb.
AzNews.az