Bakı metrosunda bədbəxt hadisə- Fotolar

AzNews.az day.az-a istinadən xəbər verir ki, ötən gün saat 18:15 radələrində metronun 28 May stansiyasında xoşagəlməz hadisə baş verib.

50-55 yaşlı iki qadın pilləkəndən sürüşüb yıxılıb. Onlardan birinin başı yerə dəyib.

Hadisənin səbəbi isə stansiyanın döşəməsinin həddən artıq sürüşkən qranitdən olmasıdır. Ötən günkü hadisə bu stansiyada ilk dəfə deyil ki, baş verir.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Metropoliteni ilə əlaqə saxlayıb. Metropolitendən bildiriblər ki, məsələdən xəbərdardırlar və problemin aradan qaldırılması məqsədi ilə yaxın vaxtlarda tədbir görüləcək.

AzNews.az
image description image description