Hərbi hissədə geyim anbarı yandı

Müdafiə Nazirliyinə məxsus hərbi hissədə yanğın baş verib.

Trend xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsinin bölmələrinin birində baş verib.

Hərbi hissədə bölmələrdən birinə məxsus anbarda meydana gələn yanğına səbəb sobada baş vermiş nasazlıq olub. Nəticədə xeyli sayda köhnə hərbi geyim yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb, digər avadanlıqlar və silah-sursata ziyan dəyməyib.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

AzNews.az