Yük maşını iki uşağın üstündən keçdi

Yevlax şəhərində məişət tullatılarını daşıyan yük maşını iki uşağın uşağın üstündən keçib. Trend "EL TV"yə istinadən məlumat verir ki, onlardan biri hadisə yerində dünyasını dəyişib, digərinin ayağı sınıb.

Şahidlərin sözlərinə görə, 12 yaşlı Vüsalə Saleh qızı Kərimova və 5 yaşlı Könül Anar qızı Kərimova maşının altında oynayırlarmış. Bu zaman azyaşlıların orada olmasından xəbərsiz sürücü maşını hərəkətə gətirib.

Hadisə nəticəsində Vüsalə Kərimova dünyasını dəyişib, yaralı Könül Kərimova Yevlax Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

Yevlax Şəhər Polis Şöbəsinin Yol Polis Bölməsinin İstintaq idarəsində faktla bağlı araşdırma aparılır.

AzNews.az