Su gətirməyə gedən qadını maşın vurdu

Ağstafada ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Pirli kəndində qeydə alınıb.

Məlumata görə, bugün axşama radələrində su gətirmək üçün evdən çıxan Pirli kənd sakini 55 yaşlı Osmanova Kifayət Həsən qızı yaşadığı evin qarşısındakı yolu kecmək istəyərkən yüksək sürətlə idarə olunan avtomaşın onu vurub.

Ətrafda olanların köməyi ilə rayon xəstəxanasına aparılan yaralı yolda, qonşu kəndin ərazisində əvvəlcədən hadisə yerinə cağrılmış təcili tibbi yardım maşınınna yerləşdirilib. Təcili tibbi yardımın həkimi xəsarət almış piyadanı qəbul edərkən onun keçindiyini görüb.

Hazırda piyadanı vuran sürücünün şəxsiyyəti barədə məlumat verilməsə də hadisəni Ağstafa rayon polis şöbəsi araşdırır.


AzNews.az