Ramil Usubov xüsusi əməliyyat qrupu yaratdı - Zaqatalada

Zaqatala rayonunda diş texnikinin evinə silahlı basqın edən maskalı şəxslərin tapılması istiqamətində işlər davam etdirilir.

Bu məqsədlə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi əməliyyat-istintaq qrupu yaradılıb.

Bu barədə Trend-ə verilən məlumata görə, hüquq-mühafizə orqanlarından bildiriblər.

Aparılan tədbirlər zamanı cinayətkarların kimliyinin müəyyən edilməsi istimatində bəzi məlumatlar əldə edilib. Lakin istintaq sirri olduğundan onlar açıqlanmır.

Qeyd edək ki, maska taxmış 3 naməlum şəxs dekabrın 5-dən 6-na keçən gecə saat 04.00 radələrində, Zaqatala rayonunun Danaçı kəndində kənd sakini, diş texniki işləyən 1952-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Qurqunayevin evinə gələn silahlı basqın edib.

Quldurlar ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək ondan pulllarını tələb ediblər. Naməlum quldurlar ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar.

AzNews.az