Sirkə turşusu içən qadın öldü

Zaqatalada iki uşaq anası sirkə turşusundan zəhərlənərək ölüb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın yerli bürosuna verilən məlumata görə, dekabın 8-də saat 17 radələrində rayonun Əliabad qəsəbə sakini, 1984-cü il təvəllüdlü Orucova Nurlana Mais qızı güclü zəhərlənmə dioqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.
N. Orucovanın sirkə turşusu içdiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

N. Orucova ailəli, iki uşaq anası olub. Onun özünə qəsd edib-etməməsi araşdırmadan sonra məlum olacaq.
Fakala bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az