Qar yağacaq

Sabah Azərbaycan ərazisində hava dəyişəcək, temperatur bir neçə dərəcə enəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşama doğru Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağıntılı olacaq. Şimal küləyi güclənəcək.

Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın temperaturu 6-8, ikinci yarısında isə 1-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında günün ikinci yarısında şimal və qərb rayonlarında, axşam saatlarında isə əksər rayonlarında hava yağıntılı olacaq, sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq. Dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.

AzNews.az