Dələduzluqda ittiham olunan tikinti şirkətinin rəhbəri özünü təqsirli bilmir Dələduzluqda ittiham olunan tikinti şirkətinin rəhbəri özünü təqsirli bilmir

Dələduz şirkət rəhbərinin məhkəməsi başladı

Dələduzluqda ittiham olunan tikinti şirkətinin rəhbəri özünü təqsirli bilmir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "IN Eksklüziv Servis" tikinti şirkətinin rəhbəri Ələkbər Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə prokuror ittiham aktını elan edib.

AzNews.az-ın məlumatına görə, ittiham aktında o, mənzil almaq adı ilə küllü miqdarda vəsait mənimsəyib. Şirkət 2006-cı ildən bəri payçıları aldadaraq onların pulunu mənimsəyib, mənzilləri isə sahiblərinə təhvil verməyib. Belə ki, bir mənzil bir neçə vətəndaşa satılaraq əldə olunan pullar mənimsənilib.

Zeynalovun zərərçəkənlərə məxsus 1,5 milyon manat dəyərində əmlakı mənimsədiyi müəyyən olunub. Prosesdə ifadə verən Zeynalov özünü təqsirli bilməyib. İclasda ifadə verən zərərçəkənlər Zeynalov tərəfindən aldadıldıqlarını bildiriblər. Məhkəmə prosesi avqustun 27-də davam etdiriləcək.

AzNews.az