17 yaşlı oğlan dənizdə boğuldu - Lənkəranda

Lənkəran rayonunun Liman şəhərində dənizdə boğulma faktı qeydə alınıb.

AzNews.az - ın APA-ya istinadən xəbərinə görə, Liman şəhər sakini, 1997-ci il təvəllüdlü Nihad Rasim oğlu Ağazadə Xəzərdə çimərkən boğulub. Onun meyiti dalğıc-xilasedicilər tərəfindən dənizdən çıxarılıb.

Hadisə yerinə rayon Prokurorluğununun əməkdaşları gəlib. Faktla bağlı araşdırmalara başlanıb.

AzNews.az