Surət Hüseynovun oğlu həbs edildi

Nail Hüseynov barəsində xuliqanlıq maddəsi ilə həbs-qətimkan tədbiri seçilib

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynovun oğlu Nail Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi (296-cı) ilə həbs-qətimkan tədbiri seçilib.

Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib ki, Nail Hüseynov Gəncə restoranlarının birində xırda xuliqanlıq edib. Buna görə də, Nizami rayon Məhkəməsi onun barəsində 12 sutkalıq həbs-qətimkan tədbiri seçib.

AzNews.az