Qobustan həbsxanasında aclıq aksiyası keçirilir - ŞİKAYƏT

Qobustan Qapalı Həbsxanasında kütləvi aclıq aksiyası başlayıb.

Bu barədə Qaynar.info-ya məhbusların yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, ötən gün səhər saat 6:00-dan etibarən məhbuslar Qobustan Qapalı Həbsxanasında kütləvi aclıq aksiyasına başlayıblar. Buna səbəb isə həbsxanaya yeni təyin olunmuş rəis Fikrət Qafarovun məhbuslarla kobud davranışı və qanunsuz əməlləridir. Məhbuslar aclıq aksiyası ilə bağlı ədliyyə generalı Mədət Quliyevə müraciət ünvanlayıblar. Amma bütün bunlara baxmayaraq, həbsxana rəisi qanunsuz əməllərini davam etdirir.

Mövzu ilə bağlı Penitensiar Xidmətin də mövqeyini dərc edəcəyik.

AzNews.az