Kürdəmirdə şok: canavar kənd sakinini yedi

Kürdəmirdə canavarlar rayonun Mürtülü kənd sakini Rahim Memmedovu yeyib. İstiqamet.com-a daxil olan məlumata görə, toylarda klarnet çalan R.Məmmədov bir həftə öncə evdən çıxıb və geri qayıtmayıb.

Axtarışlardan sonra mərhumun parçalanmış nəşi kəndin kənarında tapılıb. Kənd sakinləri ehtimal edirlər ki, mərhum canavarların hücumuna məruz qalıb.