Şirvan kanalında kişi meyiti tapıldı

Yuxarı Şirvan kanalında kişi meyiti tapılıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yuxarı Şirvan kanalının Yevlax rayonu, Ərəbbəsrə kəndindən keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzNews.az