- Köhnə - Hadisə
- 22 Avqust 2014 08:21
- 2 797
Yeni körpünün tikintisi başa çatıb - FOTO
"Azəryolservis" ASC-cən Trend-ə bildiriblər ki, respublika rəhbərliyinin regionların inkişafına göstərdiyi qayğı və hörmətin icrası olaraq, qəzalı körpünün yanında yeni, daha da böyük yük götürmə qabiliyyətinə malik, çox uğurlu konstruksiyaya malik körpünün tikilməsinə qərar verildi və bu gün həmin körpünün tikintisi uğurla başa çatdırılmışdır.
Körpünün uzunluğu 317,7 m, qabariti Q-11,5, eni 14,85 m təşkil edir. Körpünün aşırım tirləri kəsilməyən monolit dəmirbeton tir olaraq, 3 aşırımdan ibarətdir. Orta aşırım tirlərinin uzunluğu 140 m , kənar tirlərin uzunluğu isə, 82 m təşkil edir. Aşırım tirlərinin en kəsiyi "korobka" şəkilli (içərisi boş) olmaqla, kənar hissələrdə hündürlüyü -8,5 m, orta hissədə isə 3,5 m təşkil edir.
Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC -nin sifarişi ilə tikilən bu körpü, yerli mühəndislərimizin daha bir uğurlu yol qurğusudur!
Körpünün istismara verilməsi, əhalinin Hacıqabul-Bəhramtəpə və əks istiqamətdə fasiləsiz, rahat gediş-gəlişini təmin edəcəkdir.
AzNews.az