- Köhnə - Hadisə
- 24 Avqust 2014 09:50
- 2 789
Bakı-Qazax yolunda ağır yol qəzası baş verdi- 1 ölü
Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göygöl rayonunda Bakı-Qazax yolunun 360-cı kilometrliyində "VAZ 2107" markalı minik avtomobili yolun dəmir arakəsmələrinə çırpılıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və məlum olu ki, sürücü 1990-cı il təvəllüdlü Nağıyev Tural Bəşir oğlu hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
T.Nağıyevin cəsədi çıxarılaraq təhvil verilib.
AzNews.az