Ağcabədi rayonunun Qaradolaq kəndində iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Ağcabədi rayonunun Qaradolaq kəndində iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Hərbçilərimiz qəzaya düşdü- 2 ölü, 3 yaralı

Ağcabədi rayonunun Qaradolaq kəndində iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.



APA-nın xəbərinə görə, hadisə bu gün səhər 06-07 radələrində qeydə alınıb.

"VAZ-2109" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 2109" markalı minik avtomobilində olan iki nəfər sərnişin - Beyləqan rayon sakinləri İbadlı Ramil Qubad oğlu və İsmayılov Amid Nizami oğlu hadisə yerindəcə dünyalarını dəyişiblər.

"VAZ-2109"un sürücüsü Rauf Qarayev ağır vəziyyətdə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Chevrolet"in sürücüsü və bir nəfər sərnişin yüngül xəsarət alıblar.

Milli.az-ın əldə etdiyi məlumata görə, qəzada ölən şəxslərin hər ikisi hərbçidir.

AzNews.az