Kürdə iki nəfər batdı

Kür çayında iki nəfər batıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, Kür çayının Sabirabad rayonu Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 30 km aralı nəzarətsiz ərazidə) 2 nəfər suda batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin "Əli-Bayramlı" sularda xilasetmə məntəqəsinin xilasediciləri xüsusi avadanlıqlarla hadisə yerinə cəlb olunublar. Həmin gün saat 21:09-da batanlardan birinin, 1997-ci il təvəllüdlü Nərimanov Tərlan Azər oğlunun meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Digər 1 nəfərin axtarışı Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

AzNews.az